Rusiyanın məşhur «Vokruq sveta» jurnalı oxucularına yeni informativ buraxılış hədiyyə edib. Nəşrin «Azərbaycan» adlı xüsusi buraxılışı əsasən rusdilli turistlər üçün nəzərdə tutulub. 
   Nəşrdə respublikamızın turizm potensialı ilə yanaşı, Bakı, Salyan, Masallı, Lənkəran, Lerik, Astara, Dəvəçi, Quba, Xınalıq, Qusar, Mingəçevir, Gəncə, Göygöl, Şəmkir, Naftalan, Mərəzə, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Naxçıvan, Culfa, Ordubad, Şahbuz və Qarabağın mədəniyyət abidələri, istirahət mərkəzləri və tarixi haqqında maraqlı məlumatlar yerləşdirilib. 20 muzey, 7 məscid, 4 saray, 14 ibadətgah, 6 xəritə və 160 fotoşəkli özündə birləşdirən informativ buraxılış yüksək səviyyədə, nəfis şəkildə çap edilib.
   Azərbaycan mədəniyətinin müxtəlif sahələrini, adət-ənənə, mətbəx, xalçaçılıq sənəti və memarlıq incilərinə geniş yer ayrılan kitabça rusdilli xarici vətəndaşların ölkəmiz haqqında informatik olaraq, müəkəmməl şəkildə məlumat almasına kömək edəcək.
   Əlavə edək ki, topluda coğrafi göstəricilərdən əlavə, mədəniyyət obyektləri, tarixi tikili və abidələrin, eləcə də turist obyektləri haqqında məlumatlar da öz əksini tapır.