Xəbər verdiyimiz kimi, martın 4-də Havana şəhərində keçirilən Azərbaycan-Kuba Hökumətlərarası Komissiyanın üçüncü iclasında iştirak etmək məqsədilə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti artıq Kuba Respublikasındadır.
   Səfər sərçivəsində Kuba Respublikasında və Meksika Ştatlarında Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi nəzərdə tutulub.
   Azərbaycan nümayəndə heyətinin səfəri martın 12-də başa çatacaqdır.
   Xatırladaq ki, 2009-cu il mart ayının əvvəlində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Kubaya səfəri zamanı iki ölkənin müvafiq nazirlikləri arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. 2009-cu ilin mayında Bakıda Azərbaycan Respublikası və Kuba Respublikası arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın ikinci iclası keçirilib. İclasın sonunda imzalanan müvafiq protokola əsasən Hökumətlərarası Komissiyanın növbəti iclasının 2010-cu ilin mart ayının əvvəllərində Kubada keçirilməsi ilə bağlı razılıq əldə olunub.
   Qeyd edək ki, bu tədbir Kuba və Meksikada keçirilən ilk Azərbaycan Mədəniyyəti Günləridir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar