Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən bildirmişlər ki, XX əsr ədəbiyyatımızın görkəmli nümayəndələrindən olan Xalq şairi Rəsul Rzanın 100 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, respublikanın müxtəlif bölgələrində silsilə tədbirlər keçiriləcəkdir.
Sairin doğulub boya-başa çatdığı Göyçayda da silsilə yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulmuşdur. Yubiley çərçivəsində Göyçayda şairin ev-muzeyinin təmir-bərpadan sonra açılışı olacaq. Ev-muzeyi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təmir-bərpa edilib, yeni ekspozisiya qurulub. Qeyd edək ki, aprelin 1-i Xalq şairi, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, ictimai xadim Rəsul Rzanın anım günüdür. Azərbaycan Yazıçılar Birliyinin kollektivi, ziyalılar Fəxri xiyabana gələrək şairin vəfatının ildönümü ilə əlaqədar məzarını ziyarət edib, üzərinə tər güllər düzüblər.