Aprelin 8-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Mavritaniya İslam Respublikasının Xarici İşlər və Əməkdaşlıq naziri xanım Naha Mint Muknassla görüşdü. Xanım Naha Mint Muknass Azərbaycan Xarici İşlər Nazirliyinin dəvətilə Bakıya səfərə gəlib.
   
   Mədəniyyət və Turizm Nazirliyinin konfrans zalında keçirilən görüşdə iki müsəlman ölkəsinin mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu. Qonaqları salamlayan nazir Əbülfəs Qarayev Azərbaycanda, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsinin də ahəngdar inkişaf etdiyini vurğuladı: “Bu gün Azərbaycan hərtərəfli inkişaf edir. Keçən il dünyanı cənginə almış iqtisadi böhrana baxmayaraq, Azərbaycan heç bir sosial proqramın həyata keçirilməsini dayandırmadı. Bu, böyük göstəricidir».
   Nazir Azərbaycanın İslam Konfransı Təşkilatı çərçivəsində bir çox müsəlman ölkələri ilə sıx əməkdaşlıq etdiyini nəzərə çatdırdı: «Azərbaycan Avropa təşkilatlarının, həm də İslam Konfransı Təşkilatının üzvü kimi mədəniyyət sahəsində əməkdaşlığa böyük önəm verir. Bakıda Avropa Mədəniyyət Nazirlərinin toplantısında ilk dəfə olaraq 10 müsəlman ölkəsinin nazirini dəvət etmişik. Həmçinin Bakıda keçirilmiş İslam ölkələri mədəniyyət nazirlərinin toplantısında bir neçə Avropa ölkəsinin mədəniyyət naziri iştirak etmişdi. Son 2-3 il ərzində Azərbaycanda 10-a qədər ölkənin «Mədəniyyət günləri»nin keçirilməsinə nail olmuşuq. Hesab edirəm ki, mədəniyyət sahəsində əlaqələrin ölkələrarası siyasətə böyük təsiri var».
   Nazir qeyd etdi ki, Azərbaycan Mavritaniya İslam Respublikası ilə mədəniyyət sahəsində əməkdaşlıq etmək istəyir: «Biz sizin xalq yaradıcılığınızla sərgilər, tamaşalar, konsertlər vasitəsi ilə tanış olmaq istəyirik. Onu da qeyd edim ki, yaxın 2-3 il ərzində biz də Mavritaniyada Azərbaycan Mədəniyyəti Günlərini keçirməyi düşünürük. Bu, əməkdaşlığımızı, dostluğumuzu, birgə olan fəaliyyətimizi tənzimləyəcək”.
   Mavritaniyanın Xarici İşlər və Əməkdaşlıq naziri Naha Mint Muknass geniş məlumata görə nazirə təşəkkürünü bildirdi: “Mavritaniya sizin mədəniyyət siyasətinizi və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın güclənməsi isə İslam dünyasının güclənməsi deməkdir. Bizim də inkişafımız həmçinin buna xidmət edir. Sizin ölkə daim inkişaf edir. Bunu Bakıda hiss etdim. Bu isə müdrik siyasətdən xəbər verir. Qarşımızda duran əsas vəzifə əlaqələrimizi genişləndirməkdir ki, bu işə artıq start vermişik. İslam ölkələrinin əlaqələri genişlənməlidir. Mədəniyyət əlaqələrinin güclənməsi istiqamətində işləmək lazımdır. Ümidvaram ki, bizim əməkdaşlığımız davamlı olacaq və öz bəhrəsini verəcək”.
   Görüşün sonunda nazirlər geniş mədəniyyət əlaqələrinin qurulması məqsədilə Azərbaycan və Mavritaniya arasında qarşılıqlı əməkdaşlığa dair ilkin sənəd imzaladılar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar