27 aprel 2010-cu il tarixdə Muzey Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Misir Ərəb Respublikasının MDB ölkələri ilə Texniki Əməkdaşlıq Fondunun sədri cənab Samah Setohini qəbul edib.
   
   Görüşün əvvəlində iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı müzakirələr aparılıb, nazir əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə konkret tədbirlərin həyata keçirilməsini təklif edib.
   Ölkəmizin İslam ölkələri mədəniyyət nazirlərinin toplaşdığı bir mərkəzə çevirməsini, eyni zamanda MDB iştirakçı dövlətlərinin mədəniyyət sahəsində əməkdaşlıq üzrə şuralarında sədrlik etməsini vurğulayan Ə.Qarayev Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanla birgə tədbirlər həyata keçirərək, hər iki təşkilata üzv olan ölkələrlə əməkdaşlığın mümkün olduğunu söyləyib.
   Görüş zamanı cənab Ə.Qarayev Misirin məşhur Qahirə muzeyi, İsgəndəriyyə kitabxanasında təcrübə keçmək, habelə Misirin mədəni irs və tarixi abidələrin qorunması və mühafizəsi sahəsində çox inkişaf etmiş texnologiyalara malik olması səbəbindən həmin metodologiya ilə yerində tanış olmaq və onu öyrənmək məqsədilə müvafiq sahələrdə çalışan mütəxəssislərin Misirə səfərinin təşkil edilməsini təklif edib. Cənab S.Setohin tədbirlərin həyata keçirilməsinə görə razılığını bildirib. Nazir Ə.Qarayev qonağı MDB iştirakçı dövlətlərinin mədəniyyət sahəsində əməkdaşlıq üzrə Şurasının cari ilin sentyabr ayında Moskva şəhərində keçiriləcək toplantısına dəvət edib.
   Bundan əlavə, nazir S.Setohini hal-hazırda tikilməkdə olan Azərbaycan Dövlət Xalça Muzeyinin yeni binasının 2011-ci ilin fevral-mart aylarında baş tutması planlaşdırılan açılışına dəvət edib.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar