Mayın 6-dan 10-dək Şəki şəhərində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Azərbaycanın qeyri-maddi irsinin ayrılmaz hissəsi olan atüstü milli oyunların qorunub saxlanılması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası və gənc nəsildə bu sahəyə marağın artırılması məqsədi ilə milli atüstü oyunlar festivalı keçiriləcək. 
   Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək festival ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunub. Festival çövkən, sürpapaq və papaq oyunları üzrə keçiriləcək. Oyunlarda Şəki və Yevlax şəhərlərinin, Ağcabədi, Ağdam, Ağstafa, Balakən, Goranboy, İsmayıllı, Qax, Qəbələ, Oğuz və Zaqatala rayonlarının komandalarının iştirakı gözlənilir.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar