ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində keçirilən ənənəvi “Beynəlxalq Gün” mədəniyyət festivalında Azərbaycan guşəsi böyük marağa səbəb olub. 24 ölkənin təmsil olunduğu festivalda Azərbaycan guşəsi “ən rəngarəng guşə” elan edilib.
   
   Monterey şəhərində yerləşən ABŞ Hərbi Dəniz Qüvvələri Ali Məktəbinin azərbaycanlı tələbələri, eləcə də ölkəmizin Vaşinqton və Los-Ancelesdəki diplomatik nümayəndəliklərinin dəstəyi ilə təşkil edilən guşədə Azərbaycanın dövlət atributları, əhalisi və digər məlumatlarla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi barədə ətraflı məlumat verilib. Ziyarətçilərə paylanılan Azərbaycan haqqında məlumat kitabçalarında isə ölkəmizin siyasi və iqtisadi göstəriciləri, müstəqillik dövründə əldə etdiyi böyük nailiyyətlər əks etdirilib. Azərbaycan guşəsinin təşkilatçıları amerikalıları milli mətbəximizin ləziz şirniyyatları - şəkərbura, paxlava və pürrəngi çaya qonaq ediblər. Festivalın əyləncə hissəsində isə folklor nümunələrimiz nümayiş etdirilib.
   “Beynəlxalq Gün”də Azərbaycanın iştirakı yerli KİV tərəfindən də işıqlandırılıb. Monterey şəhərinin KKMC radiosu “Beynəlxalq Gün”də Azərbaycan guşəsi barədə 7 dəqiqəlik xüsusi buraxılış yayımlayıb.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar