Mayın 4-5-də Moskvada Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Kulturologiya İnstitutunun birgə təşkilatçılığı ilə «Müasir kulturologiya: nəzəriyyədən təcrübəyə" adlı beynəlxalq elmi konfrans keçirilib. Konfrans Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Rusiya Mədəniyyət Nazirliyinin Dövlət Federal Elmi-tədqiqat müəssisəsi olan Rusiya Kulturologiya İnstitutu ilə imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən həyata keçirilib.
   Rusiyada elmi fəaliyyət göstərən azərbaycanlı alimlərin də iştirak etdiyi konfransda əsas müzakirə mövzusu mədəniyyət siyasətinin reallaşmasında elmin, xüsusən də kulturologiya elminin rolu və perspektivləri olub.
   Tədbirdə problemin nəzəri tərəfləri ilə yanaşı, Rusiya və Azərbaycanda mədəniyyət siyasətinin reallaşmasına elmi potensialların cəlb olunması məsələsi də geniş müzakirə edilib.