İsveçrədə iki ədəd cib saatı rekord qiymətə - 2,6 milyon İsveçrə frankına (1,45 milyon funt-sterlinq) satılıb. Bu barədə "The Times" qəzeti yazıb. Üzərində qadın və uşaq şəkilləri olan iki cib saatını 1815-ci ildə hazırlayıblar. Bu saatlar 1816-cı ildə Britaniya kralı III Georq tərəfindən Çin imperatoru Tsyatsinə bağışlanıb. Uzun illər ərzində çinli ailənin özəl kolleksiyasında saxlanan saatlar Cenevrədəki "Antiquorum" auksionuna çıxarılıb. Onları adı çəkilməyən başqa bir çinli kolleksiyaçı alıb. Həmin şəxs indiyə qədər saata verilən ən böyük məbləği ödəyib. Müqayisə üçün qeyd edək ki, "Titanik" gəmisinin ekipaj üzvlərindən birinə məxsus saat bir müddət əvvəl auksionda cəmi 92 min funt-sterlinqə satılıb. 1623-cü ildə hazırlanan masaüstü saata isə cəmi 120 min funt-sterlinq ödənilib.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar