Tehranda təşkil olunan XXIII Beynəlxalq kitab sərgisində Azərbaycan Respublikasına aid bölmə fəaliyyət göstərir. Bölmə Azərbaycanın İrandakı səfirliyi tərəfindən təşkil edilib. 
   Azərbaycan Respublikasının xəritəsi, Dövlət Bayrağı və milli mədəniyyət nümunələri ilə zənginləşdirilən bölmədə ümummilli lider Heydər Əliyevin həyatından, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən bəhs edən, Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini əks etdirən müxtəlif dillərdə kitab və jurnallar nümayiş etdirilir. Azərbaycanın görkəmli yazıçı və şairlərinin də əsərləri bölmədə yerləşdirilib. Bölmədə quraşdırılan videomonitorda Azərbaycanın tarixinə və müasirliyinə dair kadrlar göstərilir. Mayın 15-dək davam edəcək sərgi çərçivəsində ənənəvi olaraq İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutu tərəfindən Azərbaycan günü təşkil edilir.