Məşhur rusiyalı tennisçi Anna Kurnikova altı ildir birgə yaşadığı müğənni Enrike İqlesiası evindən qovub. Britaniyanın "Hello!" nəşrinin məlumatına görə, Kurnikova ilə İqlesias arasında münaqişəyə müğənninin iti səbəb olub. Lakin E.İqlesias itin konkret hansı hərəkətinin rus gözəlinin qəzəbinə tuş gəldiyini açıqlamayıb: "Biz itimə görə dalaşdıq. Hər şey elə axmaq alındı ki... Sonradan barışdıq. Amma Anna hələ də məni yanına buraxmır. İcazə verəcəyi an mən onun evinə qayıdacağam. Çünki Anna möhtəşəm, ecazkar, gözəl, güclü, sərbəst və əsrarəngizdir". İndi müğənninin albom üzərində işləmək üçün daha çox vaxtı yaranıb. Onun yeni "Away" sinqli gələn ay işıq üzü görəcək. E.İqlesias bundan sonra A.Kurnikovanın onu və itini bağışlayacağına ümid edir.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar