Mayın 10-da “Buta” sarayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 6 illiyi münasibətilə təntənəli mərasim keçirilib.
   
   Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
   Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva vurğulayıb ki, Heydər Əliyevin həyatı bütövlükdə Azərbaycanın inkişafına yönəlib: «Heydər Əliyevin fəaliyyəti nəticəsində bu gün biz dünya birliyində layiqli yer tutan ölkədə yaşayırıq. Ulu öndərin nəcib əməlləri gələcək nəsillər üçün müdriklik məktəbi olacaq».
   Sonra Heydər Əliyevə həsr olunan videofilm nümayiş etdirilib.
   Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib. «Azərbaycan xalqı Heydər Əliyevə daim böyük məhəbbət və inamla yanaşmışdır» - deyən dövlət başçısı qeyd edib ki, ulu öndər ölkəmizin problemlərinin həllinə hər zaman həssaslıqla yanaşıb və bir vaxtlar üzləşdiyimiz çətinliklərin aradan qaldırılması məhz onun xidmətləri sayəsində mümkün olub.
   Azərbaycanın sürətlə inkişaf etdiyini deyən prezident əmin olduğunu bildirib ki, bu uğurlu dinamika gələcək illərdə də davam etdiriləcək. Çünki bu işlərin təməlində Heydər Əliyev amili dayanır. Mərasimdə Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən film nümayiş olunub.
   Daha sonra Heydər Əliyev Fondunun 2009-cu ildə təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatı sahiblərinə təqdim olunub.
   Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva milli musiqimizin şah əsəri olan muğamın inkişafına verdiyi töhfəyə və Fondun mədəniyyət sahəsində həyata keçirdiyi layihələrdə fəal iştirakına görə Xalq artisti Arif Babayevə “Qızıl çinar” beynəlxalq mükafatını təqdim edib. Digər nominasiyada mükafat uşaq hüquqlarının qorunması və onların humanist ruhda böyüməsi işinə verdiyi dəstəyə görə UNİCEF-in Azərbaycandakı keçmiş nümayəndəsi xanım Hana Singerə təqdim olunub. Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq rəssamı Tahir Salahova da müasir boyakarlıq sənətinin inkişafında göstərdiyi xidmətlərə görə “Qızıl çinar” beynəlxalq mükafatı təqdim edilib.
   Mükafatlandırma mərasimindən sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olub. Bakının qonağı olan dünya şöhrətli opera müğənnisi Plasido Dominqo konsertdə çıxış edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar