Dirçəliş dövrünün dahi italiyalı rəssamı Karavaconun sirri açılıb. Florensiyadakı Sachi İnstitutunun tədqiqatçısı Robert Lapuççinin iddiasına görə, Karavaconun şəkillərinin əsasında fotoqrafiya durur. Lapuççi sensasion tədqiqatının nəticələrini "Stile Arte" aylıq jurnalında dərc etdirib. Lapuççinin iddiasına görə, Karavaco öz emalatxanasını tavanında kiçik dəlik olan qaranlıq otağa çevirib. Rəssamın çəkmək istədiyi hər hansı bir əsər həmin dəlikdən ikitərəfli linza və güzgü vasitəsilə kağız üzərində əks olunurmuş. Lakin bu hələ əsl sensasiya deyil. Çünki orta əsrlər rəssamlarının eskizlər hazırlamaq üçün belə bir üsuldan istifadə etdiyi bundan əvvəl də məlum idi. Amma XIX əsrin sonlarında meydana çıxan fotoqrafiya texnikası yalnız dahi Leonardo Da Vinçinin əsərlərində təsvir edilib. Karavaco isə tam qaranlıqda işləmək üçün xüsusi işıq salan toz maddəsi kəşf edib. Lapuççi Karavaconun əsərləri üzərində ciddi ekspertiza və analiz aparandan sonra belə bir nəticəyə gəlib ki, əsərlərin üzərində fotohəssas substansiyalar var. Tədqiqatçının fikrincə, Karavaco qaranlıqdan və həmin işıq saçan tozdan istifadə edərək təsvirləri birbaşa kağız üzərinə salıb. Bu isə qısa müddətli təsvirlər almağa imkan verirmiş. Nəticədə yağlı boya ilə çəkiləcək əsərin ilkin eskizləri hazırlanırmış. Qeyd edək ki, 1573-1610-cu illərdə yaşayan Karavaconun adı ilə bir sıra innovasiya texnikası bağlıdır.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar