Böyük Britaniyanın "Times" və "Sunday Times" qəzetlərinin tənqidçiləri 2008-ci ildə ekranlara çıxan ən yaxşı 100 filmin reytinqini tərtib ediblər. Birinci yerdə Kristofer Nolanın "Qara cəngavər" filmi gəlir. Jurnalistlər bu filmi "müasir dövrün çox gözəl Hamleti" adlandırırlar. İkinci pilləni "ən yaxşı xarici film" nominasiyasında "Oskar" mükafatına irəli sürülən "Homorra" adlı İtaliya filmi tutur. Bütün dövrlərin mafiyası barədə ən real hekayə sayılan bu film neopolitan klanı barədə danışır. Tənqidçilər üçüncü yeri Ceyms Marşın "İnsan məftil üzərində" sənədli filminə veriblər. Bu, Nyu-Yorkdakı əkiz qüllələr arasında çəkilən dəmir məftil üzərində ağlasığmaz rəqs hərəkətləri edən fransalı Filipp Peti və onun həbsi barədə filmdir. Fransalının bu hərəkəti "əsrin bədii cinayəti" adı alıb. Dördüncü yerdə isə Amerika ədəbiyyatının klassiki sayılan Epton Sinklerin "Neft" romanı əsasında çəkilən eyniadlı film gəlir. Filmdəki hadisələr 1920-ci illərin sonunda cərəyan edir. Filmdə neft hasilatı ilə məşğul olan şirkətlərin gözlənilməz yüksəlişi təsvir olunur. 100 ən yaxşı film siyahısına "Oxuyandan sonra yandırmalı", "Mənim seksual uğursuzluqlarımın tam siyahısı", "Dörd dəqiqə", "Hellboy 2: qızıl ordu", "Əla müzkil 3: Buraxılış gecəsi", "İndiana Cons və büllur kəllə krallığı", "Dəmir maska" bədii filmləri, "Kunq-fu Panda", "Vall-İ" cizgi filmləri daxildir.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar