"20th Century Fox" kinostudiyası məşhur "Meymunlar planeti" filminin remeykini yaratmaq niyyətini açıqlayıb. "RİA Novosti" agentliyinin məlumatına görə, filmin rejissoru qismində "Xüsusi rəy" filminə ssenari yazan Skott Frenk çıxış edəcək.
"Sezar" adlı yeni film orijinalından fərqlənəcək. Bu filmdə ötən seriyanın qəhrəmanı - Sezar adlı şimpanzenin hekayəsindən bəhs olunur. Ssenariyə əsasən, insanlar əvvəlcə şimpanzenin beyninə insan ağlından da yüksək intellekt daxil edirlər. Sezar isə bu intellektdən insanların özünə qarşı istifadə edir - o, meymunların üsyanını qaldırır və insanları kölə halına salır.
Qeyd edək ki, bəşəriyyəti insanın deyil, meymunun idarə etdiyi barədə ilk film 1968-ci ildə ekranlara çıxıb. Ümumilikdə isə Pyer Bulun romanı əsasında 2 serial və 6 bədii film çəkilib. İndiyə kimi ən populyar film Çarlton Hestonun baş rolda oynadığı və Franklin C.Şaffnerin çəkdiyi film sayılır. O, 2001-ci ildə ekranlara çıxan filmdə Tim Barton rolunu oynayıb.