Ceyms Bond barədə 1976-cı ildə yazılan «Döyüş başlığı» adlı ssenari «Christie"s» auksionunda rekord qiymətə - 46,8 min funt-sterlinqə satılıb. «The Telegraph» qəzetinin yazdığına görə, Kevin Makklorinin Şon Konneri və Len Deytonla bir yerdə yazdığı ssenari əsasında heç bir zaman film çəkilməyib. Əvvəlcə bu ssenarinin «Heç vaxt «heç vaxt» demə» filminin ssenarisi ilə bir yerdə 3 min funt-sterlinqə satılacağı güman edilirmiş. Amma gözlənilmədən ssenari müəllifinə 46,8 min funt pul ödənilib. Ceyms Bond barədə filmin ssenarisi gözlənilən qiymətdən baha satılan yeganə lot olmayıb. Məşhur aktrisa Merilin Monronun xəzlə işlənilən qara yun köynəyi də çox baha satılıb. Təşkilatçılar əvvəlcə qiymətin 10-15 min funt-sterlinq olacağını güman etsələr də, naməlum alıcı məşhur aktrisanın yun köynəyinə görə 42 min funt təklif edib. Merilin Monroya məxsus daha bir əşya - sifarişlə tikilən sarı yun köynək isə əvvəlcədən proqnozlaşdırılan 6 min əvəzinə 39,6 min funt-sterlinqə satılıb.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar