Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Rəsul Rzanın 100 illik yubileyinin keçirilməsi haqqında” 14 yanvar 2010-cu il tarixli Sərəncamına əsasən keçirilən tədbirlər çərçivəsində Göyçay şəhərində görkəmli şairin ev-muzeyinin açılış mərasimi olacaq. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri, Göyçay rayonunun rəhbərliyi və ictimaiyyəti, tanınmış elm və mədəniyyət xadimləri, mətbuat təmsilçiləri, ədəbiyyatsevərlər iştirak edəcəklər.
   R.Rzanın yubileyi ilə əlaqədar təsdiq olunan tədbirlər planına əsasən, şairin 100 illiyi ölkəmizin müxtəlif bölgələrində, eyni zamanda bir sıra xarici ölkələrdə qeyd olunacaq.
   Yubileylə bağlı təntənəli gecə isə şairin doğum günü - mayın 19-da Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.