«Sothebys» auksion evinin Parisdə keçirdiyi alqı-satqı zamanı Jorj Syeranın çəkdiyi «Yapon divanında» əsəri 4 milyon 992 min 750 avroya satılıb. Bu, fransalı neoimpressionistin əsərinə verilən ən böyük qiymətdir. 1887-88-ci illərdə konte karandaşı və quaşla çəkilən bu əsər rəssamın ən yaxşı əsərlərindən biri sayılır. Rəsm əsəri uzun müddət özəl kolleksiyada saxlanılıb və 1941-ci ildən sərgiyə çıxarılmayıb. «Sothebys»in impressionist və müasir incəsənət əsərləri auksionunda Pikassonun «Ölünün başı və kitab» əsəri (1 milyon 128 min 750 avroya satılıb), Amadeo Modelyaninin eskizləri, Rodenin «Mütəfəkkir» əsərinin orijinal surəti və Şaqalın eskizləri də satışa çıxarılıb.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar