Prezident İlham Əliyev mayın 14-də Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, tanınmış musiqi xadimi, Xalq artisti Cabbar Qaryağdı oğlunun anadan olmasının 150 illiyinin qeyd olunması barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi Xarici İşlər Nazirliyi ilə birlikdə Cabbar Qaryağdı oğlunun 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
   Qeyd edək ki, Cabbar Qaryağdı oğlunun anadan olmasının 150 illiyi 2011-ci ilin mart ayında tamam olur. O, muğamlarımızın mahir ifaçısı kimi milli musiqi mədəniyyətimizin inkişafında mühüm rol oynayıb. Cabbar Qaryağdı oğlu qədim tarixi köklərə malik Azərbaycan muğam məktəbinin zəngin ənənələrini layiqincə davam etdirərək, öz fitri istedadı sayəsində xanəndələrin bugünkü nəsli üçün klassik ifaçılığın parlaq nümunəsini yaradıb.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar