Amerikalı pop müğənnisi Madonna konsert turneləri zamanı topladığı vəsaitə görə şou-biznes ulduzları arasında 2008-ci ildə lider olub. Bu barədə Böyük Britaniyanın Kütləvi İnformasiya Vasitələri məlumat yayıblar.
Ümumilikdə ötən il Madonna konsert çıxışlarından 193 milyon funt-sterlinq qazanıb. Onun dekabr ayında Latın Amerikası ölkələrində verdiyi «Sticky and Sweet Tour» proqramı çərçivəsindəki konsertləri 27,5 milyon funt-sterlinq gəlir gətirib.


Maraqlıdır ki, dekabr konsertləri zamanı əldə edilən vəsaitin həcminə görə ikinci yeri hollandiyalı skripkaçı, valsın təbliğatçısı Andre Riu tutub. O, Avstraliyadakı çıxışları zamanı 19,6 milyon dollar qazanıb. Ümumilikdə isə Riu ötən il 53 milyon funt-sterlinq toplayaraq 8-ci yeri tutub.
Bu göstəriciyiə görə ikinci yeri 162 milyonla Selin Dion, üçüncü yeri 121 milyonla Con Bon Covi tutub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar