Məşhur amerikalı müğənni Prins 2009-cu ildə üç yeni albom buraxmağı planlaşdırır. Bu barədə «Billboard» xəbər verir.
Müğənni «Los Angeles Times» qəzetinə müsahibəsində bildirib ki, artıq bütün disklər yazılıb. Lakin o, albomların yazılması və yayılması üçün səsyazma studiyalarına müraciət etmək niyyətində deyil. Hazırda o, bu işi öhdəsinə götürə biləcək iri riteylerlərdən biri ilə danışıqlar aparır.
Prinsin 2009-cu ildə buraxmğa hazırlaşdığı birinci albom «MPLSOUND» adlanır. Albom müğənninin Minneapolisdəki studiyasında yazılıb və ona «eksperimental pop musiqilər» daxildir. Albomda reperlərə də yer ayrılıb.
İkinci disk «Lotus Flower» adlanır. Bu albom daha çox gitara üslubundadır. Alboma «Dreamer», «Crimson & Clover», «Colonized Mind» və «Wall of Berlin» kimi mahnılar daxildir.
Prins «Elixir» adı alan üçüncü albomunu isə şagirdi - müğənni Bria Valente ilə bir yerdə yazıb. Müğənni bu albomun yaranmasını belə izah edir: «Biz sadəcə, Şadenin yeni albomunu nə zaman yazacağını gözləməkdən yorulmuşuq».
Qeyd edək ki, Prinsin sonuncu studiya albomu 2007-ci ildə çıxıb. «Planet Earth» adlı bu albom Böyük Britaniyanın «The Mail on Sunday» qəzetinin pulsuz əlavəsi olub. Müğənni 2008-ci ildə «Indigo Nights» konsert diskini və ona «21 Nights» adlı fotoəlavə buraxıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar