Mayın 20-də Prezident İlham Əliyev Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, tanınmış dirijor və bəstəkar Niyazinin anadan olmasının 100 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
   SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı, Azərbaycan Dövlət Mükafatı və Beynəlxalq Nehru Mükafatı laureatı olan Niyazinin Azərbaycan incəsənətinin çiçəklənməsi yolunda zəngin fəaliyyəti müasir mədəniyyət tariximizin parlaq səhifələrini təşkil edir. Milli dirijorluq məktəbinin formalaşması və az bir vaxtda böyük inkişaf yolu keçməsi bilavasitə onun adı ilə bağlıdır. Niyazi Azərbaycan musiqisində bitkin və dolğun məzmunlu simfonik əsərlərin müəllifi kimi də milli simfonizmin təşəkkülünə dəyərli töhfələr verib.
   Sərəncama əsasən, ölkəmizdə musiqi mədəniyyətinin inkişafı və milli musiqinin təbliği sahəsində mühüm xidmətlər göstərən qüdrətli sənətkar Niyazinin 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi Xarici İşlər Nazirliyi ilə birlikdə, Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla, tədbirlər planını hazırlayıb həyata keçirəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar