2008-ci ilin yekunlarına uyğun olaraq "Ən yaxşı film" kateqoriyasında "Oskar" mükafatına 281 film iddia edir. Ekspertlər qeyd edirlər ki, builki müsabiqənin əsas özəlliyi real favoritin olmaması ilə bağlıdır. Analitiklər qızıl heykəlciklər uğrunda son dərəcə gərgin mübarizə olacağını vurğulayırlar. Buna baxmayaraq, bir çox tənqidçilər qeyd edirlər ki, "Gecəqondudan olan milyonçu", "Dəyişmə", "Bencamin Battonun sirli işi" filmləri uğur qazanmağa daha yaxındırlar.


Amerika kinoakademiyası üzvlərinin səsverməsi ilə müəyyən ediləcək beş film "Oskar" mükafatı almağa nominant olacaqlar. Həmin filmlərin siyahısı yanvarın 22-də kinoakademiyaya məxsus olan Samuel Qolduin teatrında açıqlanacaq. "Oskar" mükafatının 81-ci təqdimetmə mərasimi isə fevralın 22-də baş tutacaq.


Qəbul edilən qaydalara görə, hər hansı bir film müsabiqəyə buraxılmaq üçün ən azı dekabrın 31-nə kimi Los-Anceles dairəsində kinoteatrlarda nümayiş etdirilməlidir. Bu zaman film 35 və ya 70 millimetrlik plyonka ilə ən azı 7 gün dalbadal göstərilməlidir. Akademiyanın qaydalarına görə, filmin davamiyyəti 40 dəqiqədən az olmamalıdır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar