Məşhur italyan modelyeri Corco Armani ilə “Dolçe&Qabbana”nın sahibi Dominiko Dolçe və Stefano Qabbana bir neçə ipək şalvar üstündə dalaşıblar. BBC-nin verdiyi məlumata görə, hadisə bugünlərdə Milanda keçirilən yüksək moda günlərində baş verib.
74 yaşlı Armani eyni texnika ilə işlənmiş şalvarları təqdim edib. Nümayişdən sonra yüksək moda patriarxı Dolçe və Qabbananı nəzərdə tutaraq, “hələlik onlar plagiatlıq edirlər, sonra sərbəst işləməyi öyrənəcəklər” - deyə media vasitəsilə rəqiblərinə atmaca atıb.
Dolçe və Qabbana da bu atmacanı cavabsız qoymayıblar: “Əlbəttə, biz hələ çox şeyi öyrənməliyik, amma öyrəndiyimiz şəxs o ola bilməz”. Onların qənaətincə, artıq modanın atasından öyrənəcək maraqlı heç nə yoxdur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar