Uill Smit bioqrafik filmdə ABŞ-ın yeni prezidenti Barak Obamanın rolunu oynamağa hazırdır. Ancaq bunun üçün isə Obamanın özünün istəyi olmalıdır. Bu barədə UPİ agentliyi məlumat yayıb.
Smit “Yeddi həyat” adlı yeni filmin təqdimetmə mərasimində bunun üçün əmr gözlədiyini bildirib: “Ali baş komandandan əmr alsam, onun barəsində filmdə çəkilməyə və istənilən digər amerikalı kimi öz borcumu yerinə yetirməyə hazıram”.
Aktyor gələcəkdə siyasi karyera quracağı ilə bağlı iddiaları da təkzib edib: “Hesab etmirəm ki, Ağ Evə köçməyim mənim üçün doğru olardı. Kino ulduzu olmaq daha əyləncəlidir. Prezident işi daha çətin və daha məsuliyyətlidir. Hər bir qərardan həddən artıq çox adamın həyatı asılıdır”.
Qeyd edək ki, Uill Smit və Barak Obama çoxdan tanışdırlar. Obama Smiti prezident kimi andiçmə mərasiminə qonaq qismində dəvət edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar