“Valkiriya əməliyyatı” filmində Hitlerə sui-qəsd hazırlayan polkovnik Klaus fon Ştauffenberqin rolunu canlandıran məşhur Hollivud aktyoru Tom Kruz hələ uşaqlıqdan Adolf  Hitleri öldürmək arzusunda olduğunu bəyan edib. “France Presse” agentliyi qeyd edir ki, 46 yaşlı Kruz Hitlerin ölümündən düz 17 il sonra doğulub.
Tom Kruz Seulda keçirdiyi mətbuat konfransı zamanı Hitlerə hələ uşaqlıqdan nifrət etdiyini açıqlayıb. Qeyd edək ki, mətbuat konfransı “Valkiriya”nın Cənubi Koreyada prezentasiyasına həsr edilib. Cənubi Koreya filmin göstəriləcəyi ilk Asiya ölkəsi olacaq.
Kruz qeyd edib ki, Ştauffenberqin həyatını və karyerasını öyrəndikcə onunla fəxr etməyə başlayıb: “Hadisələr İkinci Dünya müharibəsi dövründə cərəyan etsə də, filmin süjeti ölməzdir”.
“Valkiriya əməliyyatı” rejissor Brayen Sinqer tərəfindən çəkilib. Film alman zabitlərinin 1944-cü ildə Hitleri öldürməyə cəhd etmələrindən bəhs edir. Klaus fon Ştauffenberq Üçüncü Reyxin rəhbərinin oturduğu stolun altında içində bomba olan çanta yerləşdirib. Amma partlayış Hitlerin ölümünə gətirib çıxarmayıb. Bundan sonra Ştauffenberq və bir neçə alman zabiti edam ediliblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar