Fransa prezidenti Nikolya Sarkozi ölkənin 50 əsas muzeyinə girişi 18-25 yaşlı ziyarətçilər üçün pulsuz edəcək. "Le Monde" yazır ki, bu qərar aprelin 4-dən qüvvəyə minməlidir. Gənclər muzeylərdən əlavə, Triumfal arka, Versal, Fonteneblo, Panteon və Normandiyadakı San-Mişel dağı kimi tarixi abidələri də pulsuz ziyarət edə biləcəklər.
Sarkozinin fikrincə, bu addım gənclərin, xüsusilə də kasıb və uğursuz ailələrdən çıxan gənclərin cəmiyyətə yaxınlaşmasına kömək edəcək. Qeyd edək ki, 2008-ci ilin əvvəlində ölkənin 14 milli muzeyində analoji addım atılıb.
Eksperimentin nəticələri həddən artıq ziddiyyətli olub. Mədəniyyət Nazirliyindən bildiriblər ki, qərar yeni ziyarətçilər cəlb etmək əvəzinə muzeyləri xeyli miqdarda gəlirdən məhrum edir.

Lakin prezident Nikolya Sarkozi qərarında qətidir. O, muzeyləri gənclər üçün pulsuz etməklə yanaşı, mədəni irsin dəstəklənməsi üçün əlavə 100 milyon avro ayırmaq niyyətindədir. Hazırda büdcədə bu məqsəd üçün 400 milyon avro nəzərdə tutulub.
Bundan əlavə, Sarkozi "milli uyğunluğu möhkəmləndirmək" üçün Fransa Tarix Muzeyi yaratmaq fikrindədir. Onun sözlərinə görə, muzey simvolik ərazidə tikiləcək. Lakin hələlik həmin ərazinin hara olacağı bilinmir.
Nəhayət, Fransa prezidenti yanında "Bədii yaradıcılıq Şurası"nın yaradılması elan olunub. Onun fəaliyyət üsulu və məqsədi isə hələlik bəlli deyil.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar