Bütün dövrlərin ən məşhur qanqsterlərindən sayılan Bonni Parker və Klayd Barrounun bioqrafiyası növbəti dəfə böyük ekranda canlandırılacaq. “Variety”nin məlumatına görə, rejissor Tonya Holl “Cypress Moon” studiyasında “Bonni və Klaydın hekayəsi” adlı filmini çəkmək niyyətindədir. Filmdə əsas rolları Hilari Daff və Kevin Zeqqers oynayacaqlar.

Rejissor bildirib ki, onun çəkəcəyi film 1967-ci ildə lentə alınan klassik filmin remeyki olmayacaq. Xatırladaq ki, həmin filmdə əsas rolları Fey Danuey və Uorren Bitti canlandırıblar. Yeni film üçün ssenarini də Tonya Holl özü yazıb. Bu zaman o, cinayətkarların “qəhrəmanlığı” barədə qəzet materiallarından istifadə edib.
Filmin Luiziana və Alabama ştatlarında çəkiləcəyi bildirilir. Hələlik onun ekrana nə zaman çıxacağı barədə məlumat verilmir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar