Nyu-Yorkdakı yəhudi irsi muzeyində məşhur yəhudi əsilli alman bəstəkarı Feliks Mendelsonun bundan əvvəl heç bir zaman ifa edilməyən 13 əsəri təqdim edilib. «The New York Times» qəzetinin verdiyi məlumata görə, konsert «Mendelson: itirilmiş xəzinələr və ya Vaqnerin zülmü» layihəsi çərçivəsində baş tutub.
  
   Proqramın təşəbbüskarı, tədqiqatçı Stiven Somari Mendelsonun 1847-ci ildə ölümündən sonra heç bir zaman ifa edilməyən 270 musiqi əsərini tapmağa müvəffəq olub. Somari hesab edir ki, dahi bəstəkarın əsərlərinə belə bir soyuq münasibət XIX əsrin ortalarında Avropada antisemitizmin geniş yayılması ilə bağlıdır. Mendelson üçün bu məsələdə əsas rolu isə Vaqner oynayıb. O, «Musiqidə yəhudilik» essesi yazaraq alman milli musiqisinə yəhudi təsirini kəskin tənqid edib.
   Stiven Somarinin fikrincə, 1936-cı ildə Mendelsonun musiqisinin Almaniyada, ümumiyyətlə, qadağan edilməsi Vaqnerin həmin essesi ilə bağlıdır. Qadağadan sonra Mendelsonun irsi bütün dünyaya dağılıb.
   Məlumata görə, Mendelsonun irsinin bərpa edilməsi layihəsi dahi bəstəkarın 200 illiyinə həsr olunub. Qeyd edək ki, yubiley tədbirləri bu il qeyd ediləcək.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar