Britaniyalı rəssam Uilyam Ternerin «Yupiter Panellinskinin məbədi» əsəri Nyu-Yorkdakı «Sothebys» auksionunda 12,9 milyon dollara satılıb. BBC qeyd edir ki, bu əsər auksionun ən bahalı lotu olub.
   İlk dəfə 1816-cı ildə nümayiş etdirilən əsər son 25 ildə amerikalı art-diler Riçard Feyqenə məxsus olub. Əsərin auksionda telefon vasitəsilə iştirak edən yeni sahibinin adı açıqlanmır.
   Qeyd edək ki, bir neçə gün öncə Nyu-Yorkdakı «Christies» auksionunda Ternerin daha 4 əsəri satılıb. Amma onların qiyməti qat-qat ucuz olub. Dörd əsər bir yerdə cəmi 1,8 milyon dollara dəyərləndirilib. Ümumiyyətlə isə Ternerin ən bahalı əsəri 2006-cı ildə satılıb. O zaman rəssamın Venesiya mənzərələrindən birinin müqabilində 36 milyon dollar ödənilib.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar