Silvestr Stallone «Rembo»nun beşinci seriyasını çəkmək niyyətini təsdiq edib. Lakin o, yeni filmdə hadisələrin hansı ölkədə baş verəcəyini və janrın necə olacağını bilmədiyini vurğulayıb.
«WorstPreviews»in məlumatına görə, Stallone beşinci seriyanın əvvəlkilərdən xeyli fərqlənəcəyini vurğulayıb: «Bəli, biz «Rembo»nun daha bir seriyasını hazırlayırıq. Mən janrlar və personajın özünün üzərində bir qədər eksperiment aparmaq istəyirəm. Hələlik ancaq ona təminat verə bilərəm ki, bu film daha bir döyüş filmi olmayacaq. Mən bu istiqamətdə görə biləcəyim bütün işləri artıq görüb qurtarmışam».
Qeyd edək ki, filmin prodüserləri də artıq dəbdən düşməkdə olan döyüş filmi ideyasını bəyənmirlər. Məsələn, «Rembo - IV»ün prodüseri Harvi Vaynşteynin fikrincə, Rembo növbəti seriyada vətənə qayıtmalı və «Birinci qan»da olduğu kimi «az» döyüşməlidir.
«Rembo»nun dördüncü hissəsi prokata 2008-ci ilin yanvarında çıxıb. O, öz büdcəsindən təxminən 2 dəfə çox vəsait toplayıb.