![](/img/news/700x420/521.jpg)
Veroneze rəsm əsərini Antonio və Cirolamo Petrobelli qardaşlarının sifarişi ilə təxminən 1565-ci ildə çəkib. Bu əsər qardaşların evdəki kiçik kilsələri üçün nəzərdə tutulubmuş. Həmin əsərin üzərində dini təsvirlər olub. XVIII əsrin sonunda rəsm əsəri fransiskan monastırlarından birinə verilib. Bu monastır Napoleon müharibələri zamanı mövcudiyyətini başa vurub. Bundan sonra rəsm əsərini hissələrə bölüblər.
Əsərin ən böyük üç hissəsi üç muzeydə - Şotlandiyadakı Milli Qalereyada, Duliç Şəkil Qalereyasında və Ottavadakı Kanada Milli Qalereyasında saxlanılır. Əsərin dördüncü hissəsini bu yaxınlarda ABŞ-ın Texas ştatındakı Ostin şəhərinin Blenton Bədii Muzeyində aşkar ediblər. Rəsm əsərinin aşağı hissəsi isə çatışmır. Onun harada olduğu bilinmir.
Qeyd edək ki, əsər bundan sonra nümayiş etdirilmək üçün Toronto və Ostinə aparılacaq.