Luvrda «Mona Lizanın basdırılması» adlı sərgi açılıb. «Reuters» agentliyinin məlumatına görə, sərgini fransız-çinli rəssam Yan Pey-Min yaradıb.
   Sərginin əsas eksponatı Leonardo da Vinçinin Mona Liza əsərinin böyüdülmüş surətidir. Əsər boz tonlarda işlənilib, Mona Lizanın yanağında isə gözyaşı damcıları görünür.
   Ümumilikdə sərgi beş əsərdən ibarətdir. Agentlik qeyd edir ki, Mona Lizanın boz variantının yanında daha iki qeyri-müəyyən əsər var. Onlar balaca kəllələrlə bəzədilmiş boz buludlara oxşayır.
   Bundan əlavə, rəssam vəfat etmiş atasının portretini, eləcə də özünün ölüm vəziyyətində əks olunmuş avtoportretini də nümayiş etdirir.
   Maraqlıdır ki, qeyri-adi formada hazırlanan, bir çox klassik sənətşünasların sərt tənqidinə tuş gələn sərgi mayın 18-nə kimi davam edəcək. Bu sərginin hazırlanması Luvr rəhbərliyinin klassik incəsənəti müasir incəsənətlə sintez etmək cəhdi hesab olunur.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar