Amerikanın «Billboard» nəşri 2008-ci ilin yekunlarına görə ən böyük gəliri olan musiqiçilərin siyahısını dərc edib. Hesablama zamanı konsertlərə biletlərin, albomların və müvafiq məhsulların satışından əldə edilən gəlirlər nəzərə alınıb. Qeyd edilir ki, musiqiçilərə əsas gəliri qastrol fəaliyyəti gətirib. Siyahıda birinci yeri Madonna tutub. Onun bir il ərzində 242 milyon dollar qazandığı bildirilir. Madonna apreldə «Hard Candy» adlı yeni albomunu buraxıb, sonra isə 2008-ci ilin ən uğurlu turu sayılan «Sticky & Sweet» adlı dünya qastroluna çıxıb.
   İkinci yerdə 157 milyon dollar qazanan «Bon Jovi» qrupu gəlir. Kollektiv 2008-ci ildə «Lost Highway» adlı albomuna həsr olunan turneyə çıxıb. İlk üçlüyü 156 milyon dollarla Bryus Sprinqstin tamamlayır. Bu məbləğin böyük hissəsi «Magic» albomuna həsr edilən turne zamanı toplanıb. Qeyd edək ki, Sprinqstin yanvar ayında «Working on a Dream» adlı yeni albom buraxıb və aprel ayında yeni turneyə çıxacaq.
   2008-ci ildə daha çox vəsait toplayan 20 ən varlı musiqiçinin siyahısı:
  
   1. Madonna: 242176466 dollar
   2. Bon Jovi: 157177766 dollar
   3. Bryus Sprinqstin: 156327964 dollar
   4. The Police: 109976894 dollar
   5. Selin Dion: 99171237 dollar
   6. Kenni Çesni: 90823990 dollar
   7. Nil Daymond: 82174000 dollar
   8. Rascall Flatts: 63522160 dollar
   9. Jonas Brothers: 62638814 dollar
   10. Coldplay: 62175555 dollar
   11. The Eagles: 61132213 dollar
   12. Lil Ugyn: 57441334 dollar
   13. AC/DC: 56505296 dollar
   14. Maykl Buble: 50257364 dollar
   15. Mayli Sayrus: 48920806 dollar
   16. Teylor Svift: 45588730 dollar
   17. Journey: 44787328 dollar
   18. Billi Djogl: 44581010 dollaro
   19. Mgri Djey Blaydj: 43472850 dollar
   20. Kanğe Ugst: 42552402 dollar






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar