Los-Ancelesdə ilin ən pis kino nailiyyətlərinə görə verilən «Qızıl moruq» mükafatı təqdim olunub. «RİA Novosti» agentliyinin məlumatına görə, bu il həmin mükafatı Peris Hilton və Pirs Brosnan alıblar.
   «Qızıl moruq» fondu 2008-ci ilin ən pis filmi kimi «Seks-quru» filminin adını çəkib. Ən pis kişi rolu üçün mükafat aktyor Mark Mayersə verilib. Kinoprokatda uğursuzluğa düçar olan «Seks-quru» ən pis ssenariyə görə də «moruq» alıb.
   İlin ən pis aktrisası adına «Gözəl və çirkin» filmindəki roluna görə Peris Hilton layiq görülüb. Onun həmin filmdə gözəl rolunu oynaması belə köməyinə çatmayıb. Hilton «Genetik opera» filmindəki roluna görə də «moruq»la mükafatlandırılıb. Bu dəfə o, ikinci plandakı ən pis aktrisa kimi qeyd edilib. Peris Hilton ən pis ekran cütlüyü nominasiyasında da «qalib gəlib». Maraqlıdır ki, Hilton bu göstəricilərinə görə Eddi Merfi ilə bərabərləşib. Qeyd edək ki, Merfi də ötən il üç nominasiyada «moruq» almışdı.
   İkinci plandakı ən pis aktyor nominasiyasında isə mükafatı Pirs Brosnana vermək barədə qərar qəbul olunub. Ceyms Bond rolunun məşhur ifaçısı «Mamma Mia» filmindəki rolu ilə tənqidçilərin hədəfinə tuş gəlib.
   Ən pis rejissor tituluna alman Uve Boll layiq görülüb. Onun çəkdiyi «1968. tunel siçovulları», «Kral naminə: yerin altının mühasirəsinin tarixi» və «Postal» filmlərindən heç biri kinoşünasların xoşuna gəlməyib. Bollun eyni zamanda üç filmə görə «Qızıl moruq» alması onun ən pis karyera uğuru nominasiyasının qalibi olmasına da gətirib çıxarıb.
   «Qızıl moruq» 1981-ci ildən etibarən hər il təqdim olunur. Nominantlar “Qızıl moruq” fondunun 687 üzvünün səsverməsi ilə müəyyən edilirlər. Onlar Amerikanın 45 ştatında və dünyanın 19 ölkəsində yaşayırlar. «Qızıl moruq»un tarixi ərzində cəmi bir neç aktyor mükafatın təqdim edilməsi mərasimində şəxsən iştirak edib.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar