Afinadakı Akropolun yeni muzeyinin açılışı yenidən təxirə salınıb. «RİA Novosti» agentliyinin məlumatına görə, Yunanıstanın mədəniyyət naziri Antonios Samaras muzeyin iyunun 20-də ilk ziyarətçiləri qəbul edəcəyini bildirib. Qeyd edək ki, bundən əvvəl Yunanıstan hökumətinin nümayəndələri Akropol muzeyinin fevralın sonunda və ya martın əvvəlində açılacağını bildirirdilər.
    130 milyon avroya başa gələn muzey isveçrəli arxitektor Bernard Şuminin layihəsi əsasında tikilib. İlkin layihədə muzeyin hələ 2004-cu ildə açılacağı və Afinada keçirilən Olimpiya oyunlarının qonaqlarını qəbul edəcəyi nəzərdə tutulurdu. Lakin tədricən vaxt uzadılıb, açılış əvvəlcə 2007-ci ilin sonuna, sonra 2008-ci ilin sentyabr və dekabrına, nəhayət, 2009-cu il fevral-mart ayına təxirə salınıb. İndi isə muzeyin açılış vaxtı növbəti dəfə dəyişdirilərək yay aylarına təyin edilib. Hələlik ziyarətçilər üçün birinci mərtəbə açılıb və orada müvəqqəti sərgilər keçirilir. Əsas ekspozisiyalar isə yuxarı mərtəbələrdə yerləşəcək.
   Artıq bir neçə ildir bağlı olan köhnə muzey Akropolun özündə yerləşir. Yeni muzey isə Akropolun ətəyində - metro stansiyası yaxınlığındadır. Yeni muzeydə təkcə Akropol məbədlərindəki abidələr deyil, eləcə də Yunanıstandan çıxarılan antik mədəniyyət əsərlərinin surətləri nümayiş etdiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar