Məşhur yazıçı Aqata Kristinin 1938-1959-cu ildə yaşadığı şəhərkənarı evi muzeyə çevrilərək ziyarətçilərin üzünə açılıb. «The Guardian» yazır ki, binanın bərpası və hazırlanması Milli Fonda (National Trust) 5,4 milyon funt-sterlinqə (4,85 milyon dollara) başa gəlib.
«Qrinvey Haus» parkı və malikanəsi Devonşir qraflığında yerləşir. Milli Fond 2000-ci ildən bu ərazini himayəsinə götürüb. Amma yenidənqurma və onun muzeyə çevrilməsi işləri 2005-ci ildən - yazıçının qızı və kürəkəninin ölümündən sonra başlayıb. Aqata Kristinin nəvəsi Metyu Priçard evin ziyarətçilərin üzünə açılması barədə göstəriş verib: «Mən hər şeydən çox qonaqların bu ərazinin sehrini və əhəmiyyətini başa düşərək hiss etmələrini istəyirəm. Mənim ailəm və mən özüm 1950-ci və 1960-cı illərdə burada olanda bu sehri hiss edirdik».
Məlumata görə, evdə Aqata Kristiyə (1890-1976) və onun ikinci əri ser Maks Mellounə (1904-1978) məxsus kitab kolleksiyası, arxeoloji tapıntılar, gümüş əşyalar, qab-qacaq, üzərində oyma işləri olan taxta mücrülər və s. saxlanılır.