«Houghton Mifflin Harcourt» nəşriyyatı 2009-cu il mayın 5-də C.R.R.Tolkienin 1920-1930-cu illərdə yazdığı «The Legend of Sigurd and Gudrun» («Siqurd və Qudrun barədə əfsanə») povestini dərc edəcək. Tolkien həmin dövrdə Oksford Universitetinin professoru olub. «The New York Times» qeyd edir ki, kitab bundan öncə heç bir zaman dərc olunmayıb.
   Siqurd Velsunq və Qudrun Skandinaviya eposu və mifologiyasının personajlarıdır. Alman variantında onlar Ziqfrid və Krimxilda adı ilə məşhurdurlar. Tolkien öz povestində Siqurd və Qudrun barəsində müxtəlif mənbələrdə rast gəlinən hekayələri birləşdirib.
   «Siqurd və Qudrun barədə əfsanə»nin nəşrini müəllifin oğlu və varisi Kristofer Tolkien təşkil edib. Qeyd edək ki, Kristofer Tolkien «Hobbit»lər barədə məşhur əsərin müəllifi olan atasının əsərlərini davamlı olaraq dərc etdirir. Onun sonuncu olaraq bərpa etdiyi kitab - «The Children of Hurin» («Hurinin uşaqları») romanı 2007-ci ildə çapdan çıxıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar