Kino çəkmək dəbi artıq məşhur və zəngin müğənnilər arasında da yayılmağa başlayıb. «The Telegraph» qəzeti yazır ki, Madonna və Elton Con da ümumi axına qoşularaq film çəkmək qərarına gəliblər.
   Madonnanın növbəti kino layihəsi Böyük Britaniya kralı VIII Eduardla amerikalı qadın Uollis Simpsonun sevgi macərasına həsr olunub. Müğənninin yaxın ətrafından bildiriblər ki, Madonna özünü kral Eduardın sevgilisinə oxşatdığından Simpsonun bioqrafiyası ilə ciddi şəkildə maraqlanır. O, bu mövzuda film çəkilməsinə icazə verməsi üçün Böyük Britaniya kraliçası II Yelizavetaya da məktubla müraciət edib.
   Qeyd edək ki, kral Eduard və Uollis Simpson arasındakı sevgi ölkədə konstitusiya böhranına səbəb olub. VIII Eduard sevdiyi qadınla evlənmək üçün taxt-tacdan imtina edib. Uollis Simpsonun isə şübhəli reputasiyası olub. Onu hətta faşist Almaniyasının rəhbərləri ilə əlaqədə də ittiham edirlərmiş. Uollis 1986-cı ildə vəfat edib və Vindzordakı kral qəbiristanlığında VIII Eduardın yanında dəfn edilib.
   Elton Conun «Rocket Pictures» kinostudiyası isə fantastik film çəkir. Filmdəki hadisələr 18-ci əsrin sonunda cərəyan edir. Qəza vəziyyətində Yer kürəsinə enən yadplanetli gəmidəki məxluq insan ovuna çıxır. Filmi rejissor Uill Klark çəkəcək. Elton Con isə əsas prodüser və bəstəkar rolunda çıxış edəcək. Çəkilişlər 2009-cu ilin sonunda Londonda başlayacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar