İtaliya alimləri şəxsi kolleksiyalardan birində Dirçəliş dövrünün dahi rəssamı və mütəfəkkiri Leonardo da Vinçinin indiyə qədər məlum olmayan portretini aşkar ediblər. Ekspertlər bildirirlər ki, portret XVI əsrdə çəkilib və onun Leonardonun öz fırçasının məhsulu olduğu istisna edilmir.
   Portret uzun illər müvafiq qulluq olmadan saxlanıldığından ciddi şəkildə ziyan çəkib. Buna baxmayaraq, araşdırmaçılar qeyd edirlər ki, bu tapıntı onlara dahi sənətkarın həqiqi obrazını bərpa etməyə kömək edəcək. Güman edildiyinə görə, şəkil martın sonunda İtaliya muzeylərindən birində nümayiş olunacaq.
   Xatırladaq ki, İtaliya tədqiqatçıları yanvar ayında da Vinçinin indiyə qədər məlum olmayan avtoportretini tapmışdılar. O zaman rəssamı dahi astronom və filosof Qalileo Qalileylə səhv salmışdılar. Sonradan alimlər portretin məhz məşhur rəssamın fırçasına məxsus olduğunu müəyyən ediblər.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar