Məşhur fransız modelyeri İv Sen Loranın və onun şəriki Pyer Berjenin kolleksiyasının «Christies» auksionunda satışı 373 milyon avrodan çox gəlir gətirib. Bu barədə «France Presse» agentliyi məlumat yayıb.
   Berje belə bir nəticədən məmnun olduğunu bəyan edib. O, incəsənət əsərlərini alan adamların onlara əvvəlki sahibləri kimi yanaşacaqlarına əmin olduğunu bildirib.
   Alqı-satqı dovşan və siçovul başı - iki bürünc heykəlin satışı ilə yekunlaşıb. Bu heykəllər XIX əsrə kimi Çində saxlanılıb və Pekin hökuməti onların satışına mane olmağa çalışıb. Lakin istəyinə nail ola bilməyib. Adı çəkilməyən alıcı hər bir fiqura görə 15,75 milyon avro ödəyib.
   Digər əsas lotlardan sayılan İv Sen Lorana məxsus antikvar kreslo 21,9 milyon avroya, fransız rəssamı Teodor Jerikin əsəri 8 milyon avroya, Anri Matissin əsəri 32 milyon avroya satılıb.
   Bu, indiyə qədər auksionda satılan ən bahalı şəxsi kolleksiya olub. Berje kolleksiyanı satmaq niyyətini 2008-ci ilin yayında - şərikinin ölümündən sonra açıqlayıb.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar