«Warner Brothers» kinokompaniyası yaxın illər üçün ən çox gözlənilən layihələrinin təqdim ediləcəyi rəsmi vaxtı açıqlayıb. «Reuters» agentliyinin məlumatına görə, birinci yerdə ilin ən çox gözlənilən filmi - «Harri Poter və ölüm nemətləri - 2» gəlir. Bu film 2011-ci il iyulun 15-də təqdim ediləcək. Harri Poterin macəraları barədə film «Qisasçılar» filminin rəqibi olacaq. «Marvel» kompaniyası bu filmdə bütün superqəhrəmanları birləşdirmək niyyətindədir. «Warner Brothers» Vəhşi Qərbdən olan Con Heks və qalaktik cinayətkarlıqla mübarizə aparan Yaşıl Fənər - ən populyar komikslərin qəhrəmanlarından bəhs edən filmlərin daha iki seriyasının ekrana çıxacağı günü də açıqlayıb. Hər iki film 2010-cu ildə təhvil veriləcək. «Harri Poter və ölüm nemətləri» filminin sonuncu hissəsinin çəkilişləri artıq başlayıb. Hollivud kinematoqrafiyaçıları filmi 2 hissəyə bölmək qərarına gəliblər. Birinci film ekranlara 2010-cu ilin noyabrında çıxacaq. Bu il isə Harri Poter həvəskarları başqa bir filmə tamaşa edə biləcəklər. «Harri Poter və yarımcins şahzadə» filminin 2008-ci il noyabrın 21-də ekranlara çıxacağı gözlənilirdi. Amma premyeranın vaxtı dəyişdirilib və bu il iyulun 17-nə təyin edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar