Məşhur amerikalı kinorejissor və aktyor Klint İstvud 62-ci Kann festivalının xüsusi «Qızıl palma budağı» ilə mükafatlandırılıb. Festivalın rəsmi saytında bildirilir ki, mükafat Klint İstvudun istedadına hörmət əlaməti olaraq verilir. Təntənəli təqdimetmə mərasimi fevralın 25-də Parisdəki «Le Fuke» restoranında keçirilib.
   
   «France Presse» agentliyi bildirir ki, «Qızıl palma budağı»nı Kann festivalının prezidenti Jil Jakobun əlindən qəbul edən İstvud məmnun olduğunu etiraf edib. İstvud Parisə sonuncu çəkdiyi «Qran Torino» filminin premyerasına gedib. O, 1970-ci ildə çəkdiyi ilk filmin ekranlara çıxmasından sonra ona dəstək verdiklərinə görə fransız kino xadimlərinə də təşəkkür edib. İstvud bildirib ki, hətta vətənində onun rejissor debütünə birmənalı yanaşma olmayıb. Xatırladaq ki, bu, Kannda İstvuda verilən ikinci mükafatdır. 2008-ci ildə onun «Dəyişmə» filmi də xüsusi mükafata layiq görülüb. Məşhur aktyor «İnsan faktoru» («The Human Factor») adlı yeni filmini çəkmək üçün tezliklə Cənubi Afrikaya yola düşəcək. Bu filmdə Morqan Frimen və Mett Deymon kimi aktyorlar iştirak edəcəklər. 2009-cu il Kann festivalı isə mayın 13-dən 24-nə kimi davam edəcək. Bu il münsiflər heyətinə məşhur fransız aktrisası İzabel Yupper başçılıq edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar