Hələ sağlığında konseptualizmin klassiki kimi şöhrət qazanan, dünyanın ən bahalı və əsərləri ən çox satılan rəssamlarından biri sayılan Ceff Kuns öz karyerası ərzində ən iri və ambisiyalı layihəyə girişib. «The Art Newspaper» qeyd edir ki, onun yeni layihəsi həm də müasir incəsənət tarixində ən bahalı art-obyekt olacaq.
   Rəssam Los-Anceles Mədəniyyət Muzeyinin sifarişi ilə nəhəng buxar lokomotivinin natural ölçüdəki modelini yaradacaq. Qaldırıcı kran vasitəsilə asılacaq lokomotiv siqnal verəcək və buxar buraxacaq. Onun təkərləri isə fırlanacaq.
   Muzeyin yeni eksponatı sənaye əsrinin və Amerikanın çiçəklənməsi dövrünün simvolu olacaq. Rəssam nəhəng modelin yaradılması ideyası üzərində artıq 2 ildir çalışır. Lakin ümumi qiyməti 25 milyon dollar olan layihənin həyata keçirilməsinə ancaq indi başlanılıb.
   Qeyri-adi əsərin maliyyə təminatını öz üzərinə götürən «Lacma» şirkətinin nümayəndələri bildiriblər ki, təkcə onun hazırlıq mərhələsinə 1,75 milyon dollar xərclənib.
   Ceff Kuns «Made in Heaven» adlı qalmaqallı layihəsi ilə məşhurlaşıb. Hazırda onun işləri dünyanın ən bahalı əsərləri siyahısına daxildir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar