«Original Films» və «Columbia» kinostudiyaları Pol Verhovenin çəkdiyi və Kaliforniyanın hazırkı qubernatoru Arnold Şvartsneggerin baş rolda oynadığı məşhur «Hər şeyi xatırlamaq» fantastik filminin remeykinin çəkilişləri ilə bağlı danışıqlar aparırlar. Bu barədə THR agentliyi məlumat yayıb.
   
   Filmin ssenarisinin əsasında yenə də Filip Dikin hekayəsi durur. Marsa səyahətlə bağlı yuxu görən baş qəhrəman yalançı xatirələrin implantasiyası ilə məşğul olan şirkətə yollanır və əsl həqiqəti üzə çıxarır.
   Qeyd edək ki, Pol Verhovenin filmi bütün dünyada 260 milyon dollardan çox vəsait toplayıb. Bu, filmin çəkildiyi 1990-cı illər üçün həddən artıq böyük məbləğ sayılırdı.
   Hələlik «Hər şeyi xatırlamaq»ın remeykinin büdcəsi və rejissoru məlum deyil. Baş rola kimin dəvət ediləcəyi ilə də bağlı heç bir informasiya verilmir.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar