Əfsanəvi aktyor Çarli Çaplinin oğlu Sidney Çaplin vəfat edib. “Associated Press” agentliyinin məlumatına görə, 82 yaşlı Sidney martın 3-də Kaliforniyadakı Miraj rançosunda dünyasını dəyişib.
   Çaplinin oğlunun ölümü barədə məlumat martın 5-də yayılıb. Bu barədə mətbuata Çaplinlər ailəsinin köhnə dostu Cerri Bodi bildirib. O, qeyd edib ki, Sidney bu yaxınlarda insult keçiribmiş.
   Sidney Erl Çaplin 1926-cı il martın 31-də Kaliforniya ştatının Los-Anceles şəhərində doğulub. O, Çaplinin ikinci həyat yoldaşı Lita Qreydən ikinci oğlu olub. Onların birinci oğlu - kiçik Çarlz Çaplin 1968-ci ildə 43 yaşında vəfat edib.
   Çaplinin bioqrafı Coys Milton yazıb ki, Vladimir Nabokov məşhur “Lolita” əsərinin əsasında Çaplinin və Lita Qreyin münasibətlərini götürüb. Çaplin və Lita (əsl adı Lilita) “Qızıl titrəməsi” filminin çəkilişləri zamanı tanış olublar. O zaman Lilitanın cəmi 12 yaşı olub. Onlar Çaplinin 35, Litanın isə 15 yaşı olanda evləniblər. Bu zaman qız artıq hamilə olub.
   Lakin Çaplinin və Qreyin nikahı uzun sürməyib. Onlar 1928-ci ildə - Sidneyin doğulmasından 2 il sonra boşanıblar. Çaplin həyat yoldaşına o zaman üçün həddən artıq böyük məbləğ olan 825 min dollar verib. Bu isə vergi orqanlarının marağına səbəb olub. Sidney Çaplin atasının yolu ilə gedərək aktyor olub. O, atasının çəkdiyi 2 filmdə də iştirak edib. Amma o, Hollivudda deyil, Nyu-Yorkdakı musiqi teatrında məşhurlaşıb. Sidney Çaplin Brodveydə oynanılan “Zənglər çalınır” adlı müzikldəki roluna görə “Toni” (teatr “Oskar”ı) mükafatı alıb. Onun ən əsas rolu isə Barbara Streyzandla bir yerdə oynadığı “Gülməli qız”da olub. Sidney Çaplin bu müziklə görə də “Toni” alıb.
   O, 2003-cü ildə atası Çarli Çaplin barədə çəkilən sənədli filmdə özünü oynayıb. Sidney Çaplin 3 dəfə evlənib. Onun sonuncu həyat yoldaşı Marqaret Biibdən Stefan adlı oğlu var.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar