Böyük Britaniyanın «The Beatles» və «The Rollinq Stones» qruplarının birinci Amerika turnesi zamanı çəkilən və indiyə qədər dərc olunmayan fotoşəkilləri aşkar edilib. Bu barədə «The Daily Telegraph» qəzeti yazır. Şəkillər 1964-cü ildə adları çəkilən qruplara ABŞ qastrollarını təşkil etməkdə köməklik göstərən menecer Bob Bonis tərəfindən çəkilib.
   Həmin şəkillərdə qrup üzvləri hovuz ətrafında dincələn zaman, eləcə də çıxış zamanı pərdə arxasında əks olunublar. Məsələn, onların arasında çıxışlararası fasilə zaman siqaret çəkən Con Lennonun, televizora baxan Mik Caqqerin, eləcə də Çarli Uottsun saç düzümünu qaydaya salan Kit Riçardsın şəkilləri var.
   Qəzet yazır ki, fotoşəkillər vaxtilə menecerə məxsus olan çantanın içindən tapılıb. Onları Bonisin oğlu Aleks tapıb. «The Daily Telegraph»ın məlumatına görə, 1991-ci ildə vəfat edən Bonis bu şəkilləri dərc etməyə hazırlaşmırmış. Amma həm neqativləri, həm də slaydları saxlayıb. Hazırda şəkillər Nyu-Yorkdakı «Not Fade Away Gallery» qalereyasında nümayiş etdirilir. «The British Are Coming: The Beatles and The Rolling Stones 1964 - 66» adı alan sərgi martın 4-də açılıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar