Avstraliyalı aktrisa Keyt Blanşet lovefilm.com İnternet resursunun keçirdiyi sorğu əsasında dünya kino tarixində kraliça rolunun ən yaxşı ifaçısı hesab edilib. «Gənc Viktoriya» filminin ekranlara buraxılmasına həsr olunan sorğunun iştirakçıları Keyt Blanşetin «Yelizaveta» filmini xatırlayıblar.
   Reytinqdə ikinci yeri «Kraliça» filmində oynayan britaniyalı aktrisa Helen Mirren, üçüncü yeri isə aktyor Şon Konneri tutub. Maraqlıdır ki, dəfələrlə kral rolunu canlandıran Konneri tamaşaçıların rəğbətini daha çox «Robin Qud. Oğrular şahzadəsi» filmindəki epizodik rolu ilə qazanıb.
  
   İlk onluqda digər yerlər aşağıdakı kimi bölünüb:
   1. Keyt Blanşet - "Yelizaveta"
   2. Helen Mirren - "Kraliça"
   3. Şon Konneri - "Robin Qud. Oğrular şahzadəsi"
   4. Cudi Denç - "Miss Braun"
   5. Enn Hetuey - "Şahzadənin gündəlikləri"
   6. Cudi Denç - "Aşiq olan Şekspir"
   7. Leonardo di Kaprio - "Dəmir maskalı adam"
   8. Kris Sarandon - "Şahzadə-gəlin"
   9. Kira Naytli - "Hersoqinya"
   10. Kennet Brana - "V Henri"






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar