Gürcüstan “Eurovision-2009” mahnı müsabiqəsində iştirak etməkdən imtina edib. “RİA Novosti” agentliyinin verdiyi məlumata görə, bu barədə gürcü layihəsinin rəhbəri Natia Uznadze bildirib.
   Xatırladaq ki, Gürcüstan tərəfi müsabiqədə iştirak etmək üçün “Stefane və 3G” qrupunu seçib. Qrup müsabiqənin keçiriləcəyi Moskva şəhərində “We dont wonna put in” mahnısını ifa etməliydi. “Stefane və 3G” qrupunun üzvləri açıq şəkildə bildirirdilər ki, bu mahnını Rusiyanın siyasətinə etiraz üçün seçiblər. “We dont wonna put in” mahnısının mətnində isə Rusiyanın baş naziri Vladimir Putinə işarə vurulub.
   Avropa Yayım Birliyi martın 10-da Gürcüstanın İctimai Televiziyasına mahnının mətninin həqiqi rəqabət prinsipinə uyğun gəlmədiyi ilə bağlı məlumat verib. Layihənin 4.9 bəndində bildirilir ki, iştirakçılar siyasi və digər çağırışlar etməməlidirlər. Gürcüstana martın 16-na kimi mətni, mahnını və hətta iştirak edəcək qrupu dəyişmək məsləhət görülüb. Uznadze isə, ümumiyyətlə, iştirakdan imtina etmək qərarı qəbul etdiklərini açıqlayıb: “Kollektiv mahnının mətninə dəyişiklik etməkdən imtina edir”.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar