Moskvada keçiriləcək «Eurovision - 2009» mahnı müsabiqəsində iştirak edəcək ölkələrin çıxış nömrələri, eləcə də iştirakçı ölkələrin səsvermə qaydası müəyyən edilib. Hər iki qayda püşkatma vasitəsilə müəyyən olunub.
   
   Mayın 12-də keçiriləcək birinci yarımfinalda ölkələr aşağıdakı qaydada çıxış edəcəklər: Çernoqoriya, Çexiya, Belçika, Belarus, İsveç, Ermənistan, Andorra, İsveçrə, Türkiyə, İsrail, Bolqarıstan, İslandiya, Makedoniya, Rumıniya, Finlandiya, Portuqaliya, Malta, Bosniya və Hersoqovina.
   Mayın 14-də keçiriləcək ikinci yarımfinalda ölkələr aşağıdakı qaydada çıxış edəcəklər: İrlandiya, Latviya, Serbiya, Polşa, Norveç, Kipr, Slovakiya, Danimarka, Sloveniya, Macarıstan, Azərbaycan, Yunanıstan, Litva, Moldova, Albaniya, Ukrayna, Estoniya, Hollandiya. Püşkatma iştirakçı ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilib.
   İştirakçı ölkələrin çıxış nömrələrini xüsusi qabdan «Eurovision»un ötənilki qalibi, Rusiya nümayəndəsi Dima Bilan çıxarıb. Yarımfinalların aparıcısı Alsu və Andrey Malaxov olacaq. Finalı isə Hollivud aktrisası Mila Yovoviçin aparacağı güman edilir. Artıq Yovoviçlə danışıqların müsbət nəticələndiyi bildirilir.
   Qeyd edək ki, Rusiya 2008-ci il müsabiqəsinin qalibi olduğundan birbaşa finalda iştirak edəcək. Bundan əlavə, «Eurovision»un yaradıcısı sayılan «Böyük dördlük» ölkələri - Fransa, Almaniya, İspaniya və Böyük Britaniya da ənənəvi olaraq birbaşa finalda çıxış edirlər. «Eurovision-2009»da əvvəlcə 43 ölkənin iştirak edəcəyi gözlənilsə də, Gürcüstan martın 12-də siyasi motivləri səbəb göstərərək iştirakdan imtina edib.
   Bundan əlavə, mayın 16-da «Olimpiyski» İdman Kompleksində keçiriləcək final zamanı iştirakçıların çıxışından sonra ölkələrin səsvermə sırası da müəyyən edilib. İspaniya birinci olaraq səs vermək hüququ qazanıb. Sonra ölkələr aşağıdakı qaydada səs verəcəklər: Belçika, Belarus, Malta, Almaniya, Çexiya, İsveç, İslandiya, Fransa, İsrail, Rusiya, Latviya, Çernoqoriya, Andorra, Finlandiya, İsveçrə, Norveç, Bolqarıstan, Litva, Böyük Britaniya, Makedoniya, Slovakiya, Yunanıstan, Bosniya və Hersoqovina, Ukrayna, Türkiyə, Albaniya, Serbiya, Kipr, Polşa, Hollandiya, Estoniya, Xorvatiya, Portuqaliya, Rumıniya, İrlandiya, Danimarka, Moldova, Sloveniya, Ermənistan, Macarıstan. Yarışmada son sözü Azərbaycan bildirəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar